Evini Satanların Etdiyi 6 Mühüm Səhv

Evini Satanların Etdiyi 6 Mühüm Səhv

Ev bəzilərimiz üçün bir investisiya aləti ikən, bəzilərimiz üçün “yuva” kəliməsinin tam qarşılığıdır.  Gün gəlib çatdığında və evinizi satmaq istədiyinizdə dəyərindən aşağı qiymətə satmaq və vacib anlarda uzun müddətli bir satış prosesi istəmirsinizsə, Evini satmaq istəyənlərin etdiyi aşağıdakı 6 səhvi əsla təkrarlamayın.

  • Dəyərindən Çox Pul İstəmək

Min bir zəhmətlə, ehtiyaclarınızdan kəsərək satın aldığınız, tikdiyiniz  bu ev Sizin üçün şüphəsiz ki, çox dəyərlidir. Evini satmaq istəyən bir çoxlarının düşdüyü bu xətaya siz də düşməyin, evinizə dəyərindən çox pul tələb edərək potensial alıcılarınızı qaçırmayın.

  • Tanıtıma  Gərək Duymamaq

“Müştəri gəlib gördü, mənim nəsə deməyim boşdur” deyə düşünməyin, evinizi potensial alıcıya müsbət yönləri ilə tərifləyin. Unutmayın, Təcrübə paylaşımının  satınalma qərarı üzərində təsiri  çox böyükdür, alıcıya necə bir evdə yaçayacağına xəyal etdirin.  Əmlakın yaxşı və güclü tərəflərini potensial müştərinizə çox da böyütmədən söyləyin ki, alıcınız verdiyi pul qarşılığında nəyə sahib ola biləcəyini beynində daha dəqiq canlandırsın.

  • Evi Tək Başına Satmağa Çalışmaq

Ev satmaq istəyən bir çox kəs əlavə ödənişlərdən qaçmaq adına evini özü tək başına satmaq istəyir. Bundan sonra satış müddətinin uzandıqca və tələb azaldıqca, artıq professional bir dəstək almağa üz tutur. Bu səhvi Siz də etməyin. Sizi potensial müştərilərə qovuşduracaq  bir şirkətə elə ilk gündən üz tutun, az xərc qarşılığında  vaxt itirmədən əmlakınızı satın.

  • Satılacaq Evi Təmir Etməmək

“Necə olsa satılacaq, təmir etməyə  gərək yoxdu” düşüncəsi ilə  evinizi təmir etməyi ehmal etməyin. Bu həm potensial alıcınızın evinizi bəyənməməsinə, həm də ehtiyac duyulan təmir səbəbi ilə evinizin dəyərindən aşağı bir qiymətə satılmasına səbəb ola bilər.

  • Evinizə Duyğusal Bağlanmayın

Daşınmaz Əmlak sahiblərinin ən çox etdikləri səhvlərdən biri də evə həddən artıq duyğusal olaraq bağlanmaq, xatirələr ilə yaşamaqdır.  Bu hisslərdən qurtulun, yeni evinizdə yaşayacağınız gözəl günləri xəyal edin və vəziyyətə alış-veriş kimi baxın. Əks təqdirdə qiyməti yüksək tutub, satışı uğursuzlaşdıra bilərsiniz.

  • Aşağı Qiymət Təkliflərinə Əsəbləşməyin

Evinizi almağa niyyətlənən hər kəs bazarlıq etmək istəyəcək və hətta Sizin istədiyiniz qiymətdən çox daha aşağı təkliflərlə gələcəkdir. Əsla əsəbləşməyin, evinizin istədiyiniz qiymətdə olmasının səbəblərini izah edin və təklif edilən qiymətə sata bilməyəcəyinizi sakincə  bildirin.

Güney Əmlak Sizlərə evinizi kiçik xərclərlə, komissiyasız satmağı təklif edir. Belə ki, az xərc qarşılığında evinizin professional reklam və tanıtım fəaliyyətini  həyata keçirərək qısa zamanda satılmasını təmin edirik.  Beləliklə, zamanınız və pulunuz Sizə qalacaq!

3 Replies to “Evini Satanların Etdiyi 6 Mühüm Səhv”

Vasif
November 14, 2019
Reply

Sumqayıtda 1 ci mkr-da 5/4.daş bina orta padyezd

Rauf Agayev
November 14, 2019
Reply

Salam Aleykum evimi satmaq istəyirem

Güney
November 14, 2019
Reply

Salam Rauf bəy, zəhmət olmasa telefon nömrənizi qeyd edin Sizinlə əlaqə saxlayaq, satış üçün köməklik edək!

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *