Evini Satanların 3 Təhlükəli Cümləsi

Evini Satanların 3 təhlükəli cümləsi

Daşınmaz Əmlak almaq bəlkə də insanların aldığı qərarlar arasında ən vacibidir.Bu mərhələ alıcının bir tərəfdən əmlakın yerləşdiyi ərazı, bir tərəfdən evin xüsusiyyətləri, bir tərəfdən də qiyməti haqqında dəqiqləşdirilməyə cəhd etdiyi çətin bir mərhələdir. Başqa sözlə, həm fiziki həm də mənəvi olaraq yorğun keçən bu mərhələdə ev axtaranlar qərarlarını asanlaşdıracaq etibarlı bir abı-hava, şərait və ünsiyyət  gözləyirlər.

Evini satan tərəf ilə  sağlam bir ünsiyyət qurulmadıqda, satın alma qərarının verilməməsi çox normaldır. Bu səbəblə də ev satmaq evi sadəcə satışa çıxarmaqdan savayı,həm də alıcı ilə  etibarlı bir mühitin, ünsiyyətin yaranmasından ibarətdir. Bu səbəblə də evinizi satarkən bu 3 cümləni işlətməyin!

1. Əlavə heç bir xərcə gərək yoxdur, xərc tələb etmir!

Xüsusilə, ev “təkrar bazara” çıxarılan evdirsə, alıcı namizədlərə ən çox deyilən cümlələrdən biri “evin əlavə xərcə ehtiyacı yoxdur” ya da “xərc tələb etmir”  cümləsidir. Bu kimi cümlələr qurmaq evi satmaq üçün sizə çox bəsit yalanlar kimi gələ bilər. Amma satın alma niyyəti ilə evinizə baxan şəxs evin xərc tələb etdiyini görərsə (hər hansı təmir işi və s.) sizə olan etibarını itirər. Bundan sonra da evin üstünlüklərini sadaladığınız halda sizə inanmayacaqdır.

Əlbəttə ki, həqiqətən xərc tələb etməyən bir əmlakı satışa çıxarmışsınızsa bunu dilə gətirməyiniz çox gözəl və yerində olacaqdır.

2. Bu qiymətə buralarda ev tapmağınız mümkün deyildir!

” Bu qiymətə buralarda ev tapmağınız mümkün deyildir”   cümləsi də satış mərhələsində çox asan sərf edilən cümlələrdən biridir. Satışı sürətləndirmək üçün “şirin yalan” kimi düşünülsə də, eviniz ilə maraqlanan şəxslərin eyni ərazidə başqa satılıan evlərin də qiymətləri ilə maraqlandıqları şüphəsizdir.  Beləliklə, siz evinizi bu formada təqdim etsəniz də, öz araşdırmasını aparan şəxslər  həqiqətin heç də belə olmadığını asanlıqla müəyyənləşdirə bilərlər.  Bu hal əlbəttə ki, alıcının müsbət qərar vermə ehtimalına mənfi təsir edəcəkdir.

Qısacası, verdiyiniz məlumat yanıldıcıdırsa, satın alma niyyətində olan şəxslərin sizə ola etibarı zədələnəcəkdir.  Digər tərəfdən, əgər evinizi təcili bir ehtiyyac səbəbindən satırsınızsa və orta satış qiymətindən aşağı bir qiymət qoymusunuzsa, alıcılar bunu mütləq biləcəklər.  Çünki, alan şəxs, ətrafdakı qiymətlər ilə çoxdan tanışdır.

 3. Ev məktəbə, ana yola, metroya 5 dəqiqə məsafədədir!

Evi satmaq üçün ən çox qurulan cümlələrdən biri də evin “məktəbə, ana yola, metoya 5 dəqiqəlik məsafədə yerləşir”   cümləsidir.  Satışı sürətləndirmək üçün, bunun kimi bir çox yanıldıcı cümlələr qurulur. Ancaq o bölgəni tanısın ya da tanımasın alıcı bu məlumatın heç də doğru olmadığını bilir .Bu kimi cümlələri qurarkən dəqiq və düzgün məlumat verməlisiniz. Yanıldıcı məlumat vermə əvəzinə,alıcılara öyrədici məlumatlar verməyiniz sizə qarşı inam yaratmağa kömək edəcəkdir.

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *