Əşyalı evə sahib olmağın 5 müsbət cəhəti

Son zamanlarda xüsusilə qısa müddətli ev kiralamaqla qazanc əldə etmək istəyənlərin üz tutduqları əşyalı evlərin mənfi və müsbət cəhətlərini aşağıda sizlər üçün sadaladıq.

Əşyalı evə sahib olmağın 5 müsbət cəhəti
1) Qənaət edərsəniz

Yeni bir evə köçmək hər zaman çox xərc aparır. Kredit borcları, yük maşını, yeni əşyalar deyərkən büdcənizə təsir edən bir yükün altına girirsiniz. Ancaq əşyalı ev almaq sizi bu yükdən qurtara bilər. Əşyalı evə sahib olduqdan sonra siz aldığınız evin kiçik təmir işlərindən sonra evinizə rahatça yerləşə bilərsiniz.

2) Yük daşımaq probleminiz olmayacaq
Ev köçürərkən çox zaman sevdiyiniz əşya ya qırılır ya da itir. Hər ev köçürmədə bəzi əşyalarınız mütləq zərər görür. Yataq otağı, yemək masası kimi əşyaları yenidən yığmaq hər zaman yorucu olur. Yük daşımaq üçün isə uzun və sıxıcı telefon danışıqlarına dözmək məcburiyyətində qalırsınız. Əşyalı ev satın almaq sizi bütün bu sıxıntılardan xilas edir. Ancaq şəxsi əşyalarınızı, kitablarınızı bir çamadana qoyub yeni evinizə gedib yeləşə bilərsiniz.

3 ) Əlinizdə metrə ilə gəzməzsiniz
Hər ev köçürmədə əlinizdə metrə ilə gəzməkdən sıxıldınızmı? Ev köçürərkən “ Divan yeni evin salonuna olacaqmı?” “Qabyuyan maşını o dəzgahın altına sığarmı? “ kimi sıxıcı suallarla
yorulursunuz. Əlinizdə metrə ilə davamlı bir yerləri ölçmək, əşyalarınızı çətin olsada sığdırmaq vəziyyətində qalırsınız. Əşyalı ev almaq sizi bu sıxıntıdan xilas edir.

4) Qısamüddətli kira verməklə qazanc əldə edə bilərsiniz
Satın aldığınız ancaq dərhal köçməyi düşünmədiyiniz evi qısamüddətli olaraq kirayə verə bilərsiniz. Xüsusilə son vaxtlarda dəbdə olan əşyalı mənzillər üçün kirayəçi tapmaq olduqca qısa vaxt alır. Beləliklə satın aldığınız evdən xərc çəkmədən qazanc əldə edə bilərsiniz.

 Əşyalı evə sahib olmağın mənfi cəhətləri
Əşyası ilə birlikdə ev almağın üstünlükləri qədər, mənfi cəhətləri də var. Əşyalı ev almağın mənfi cəhətləri.

1) Satış qiyməti daha yüksək olur
Əşyalı evin satış qiyməti (bütün mebel və əşyaların qiymətləri daxil olmaqla) əşyasız evlərə görə daha yüksəkdir. Belə bir vəziyyətdə sadə bir riyazi hesablama ilə hansı evin sizə xeyir edəcəyini görə bilərsiniz.

2) Ev dekorasiyası tərzinizi əks etdirməyə bilər

Satın alacağınız evin dekorasiyası sizin üçün çox klassik, retro ola bilər! Əgər sizin istədiyiniz modern bir ev dekorasiyasıdırsa, bu cür ev gözləntilərinizi qarşılamaya və sizi məyus edə bilər.

 Alternativiniz az ola bilər
Əşyalı ev elanı digər əşyasız ev elanları qədər çox deyil. Bu səbəbə görə istədiyiniz yerdə və böyüklükdə əşyalı ev üçün çox alternativiniz olmaya bilər

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *