Evinizi Satarkən Bəzi Tövsiyələrə Qulaq ASMAYIN!

Ev-alqı satqısı zamanı bəzi tövsiyələrə qulaq asmayın.

İstər illərdir qənaət edərək pul yığıb satın aldığınız evinizdə özünüz yaşayın, istərsə də sərmayə kimi düşündüyünüz bir əmlakınızın satmaq vaxtı gəldiyini düşünün, hər halda ev satmaq qərarı həyatınızın ən vacib qərarlarından biridir. Bir çox təfərrüatı dəfələrlə nəzərdən keçirməli, bir çox şeyləri planlaşdırmalı və gələsi olan alıcılara evinizi ən gözəl formada təqdim etməlisiniz. Əmlakınızı satarkən ətrafınızdan gələcək məsləhətlər də prosesin ən vacib məqamlarından biridir. Ev alqı-satqısında bəzi tövsiyələrə qulaq asmamağınız əsas məsələlərdən biridir.

  1. Mənziliniz üçün daha çox qiymət istəyərək qazancınızı artırın”
    Ev satışa çıxdığı müddətdə mənzil sahiblərinin ən böyük səhvliklərindən biri, evin satış qiymətini bazar qiymətindən daha yüksək göstərmələri və bu qiymətləndirmə daha çox qazanc əldə
    edəcəklərinə inanmalarıdır. Satış qiymətinə evinizin yerləşdiyi yer, neçənci ildə təhvil verilməsi ya da təmirli olub olmadığı kimi faktorkar da təsir edir. Başqa bir sözlə ev sahibləri alqı- satqı üçün bir çox şeyləri birlikdə dəyərləndirər, bazar araşdırması edər və müəyyən bir qiymət təyin edərlər.
    Ancaq ev satanlar kimi potensial alıcılar da göstərilən qiymət və həqiqi dəyər məsələsində araşdırma edib, hər cür məlumata sahib ola bilərlər. Beləliklə eviniz üçün lazım olduğundan dah çox qiymət tələb etməyin, nəticədə satışdan yüksək qazanc əldə etməyin əvəzinə, evinizi satmaqda çətinlik çəkə bilərsiniz. Hətta inandırıcı olmayacaq qədər yüksək bir qiymət təyin etsəniz, evinizlə maraqlanan alıcılar evi görməkdən imtina edə bilərlər. Alqı-satqı zamanı qiymət təyin edərkən edilə biləcək ən gözəl şey evin vəziyyəti, mühiti, yerləşdiyi ərazi kimi amilləri birlikdə dəyərləndirərək, münasib bir qiymət tələb etməkdir.
  2. “Evinizi satmaq üçün yay aylarını gözləyin”
    Daşınmaz əmlak bazarındakı məşhur inanclardan biri də odur ki, “daşınmaz əmlak satışı yalnız yazda və ya yayda edilə bilər, buna görə satış üçün bu ayları gözləmək lazımdır”. Yaz və yay ayları
    evi görmək istəyən alıcılar üçün ya da təmir işləri aparmaq üçün uyğun vaxt ola bilər. Kirayə və ya mənzil satışlarının bu aylar ərzində daha aktiv olduğunu da qeyd etmək lazımdır.
    Ancaq bütün bu səbəblər satmaq istədiyiniz mənzil üçün qış aylarını tamamilə gözdən çıxarmağınıza və imtina etmək mənasına gəlməz. Siz evinizi satmaq üçün hazırsınızsa, potensial bir alıcı da hazır ola bilər. Başqa bir sözlə satış müddətinə qərar verdinizsə bu qərarınızı reallaşdırmağı sadəcə yay aylarına saxlamayın.
  3. “Satışdan əvvəl dəyişikliklər edərkən öz zövqünüzü əks etdirməyi unutmayın.”
    Evinizi satışa çıxarmazdan əvvəl daxili hissəsində təmir işləri aparmaq satışa olan marağı artırır. Eyni zamanda səliqəli bir ev, qiymət artıran bir amildir. Ancaq satışdan əvvəl evinizdə təmir işləri apararkən tamamilə öz zövqünüzə görə qərarlar verməyin. Məsələn , son vaxtlarda qırmızı, yaşıl kimi parlaq rəngli divarlar dəbdə ola bilər. Sizə görə parlaq rənglər xoş və enerjili bir təəssürat bağışlaya bilər.

Ancaq evinizin sizin zövqünüzə görə boyanması mənzili görməyə gələn alıcılar üçün neqativ aura yarada bilər. Yəni tamamilə öz zövqünüzə görə təşkil etdiyiniz mənziliniz potensial alıcıların zövqünə uyğun gəlməyə bilər. Məsələn alıcılar üçün açıq rəngli divarlar sizin seçimlərinizə görə seçilmiş tünd rənglərdən daha cəlb edici ola bilər. Bu səbəblə səliqəli və təmir tələb etməyən bir ev, alqı-satqı işini sürətləndirsə də, “təmir işləri aparsanız evinizi daha tez satmış olarsınız” tövsiyəsi bəzən faydalı olmaya bilir.

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *