Evinizin satış qiymətini artırmağın yolları!

Evinizi satışa çıxarmazdan əvvəl edəcəyiniz bir neçə kiçik dəyişikliklə evin dəyərini yüksəldə billəcəyinizi bilirsinizmi? Evin mətbəx və hamamında ya da döşəməsində edəcəyiniz kiçik dəyişikliklər satışa böyük təsir göstərəcəkdir. Əvvəlcə evinizə alıcı gözüylə baxmağa çalışın. Siz bu evi almağı düşünsəydiniz ilk nələrə diqqət edərdiniz? Hamamın kranları ya da mətbəx dolabı nə qədər diqqətinizi çəkərdi? Yoxsa döşəmələrinin köhnə olması sizi bu evi satın almaa fikrindən daşındırardı? O zaman dərhal hərəkətə keçin və kiçik dəyişikliklərlə həm evinizi önə çıxarın həm də qiyməti artıın.

Mətbəx və hamamı yeniləyin !

Ev satın almaq istəyənlərin ən çox diqqət etdikləri şeylərdən biri də mətbəx və hamamın necə vəziyyətdə olmasıdır. Bu səbəblə evinizdəki mətbəx və hamama müştəri gözü ilə baxın! Əgər siz bu evi almaq istəsəydiniz mətbəx və hamamın necə olmağını istiyərdiniz?
Köhnə mətbəx ya da baxımsız hamam evlə əlaqədar mənfi hiss yaradacaqdır. Bu səbəblə kiçik bir büdcəylə mətbəx dolablarını yeniləyərək evə fərqli bir hava qata bilərsiniz. Hamama duş kabin və dolab əlavə edərək evinizi bəyəniləcək hala gətirə bilərsiniz. Əgər bunları edəcək büdcəniz yoxdursa hamamdakı kranları, mətbəx dolablarının tutacaqlarını dəyişdirin. Bu cür dəyişikliklərin satışa təsiri böyük olacaqdır.

Jalüz pərdələr ilə evinizə lüks görüntü qazandırın!

Evin xarici görünüşünə təsir göstərən pəncərələr, alıcıların ilk diqqət edəcəyi şeylərdən biridir. Bu səbəblə pəncərələr çox köhnədirsə onları dəyişdirə bilərsiniz. Xüsusilə son
illərdə seçim edilən taxta görünüşlü laminat PVC pəncərələr evə xoş bir görüntü qazandıracaqdır. Qapıları dəyişdirmək yüksək büdcəylə başa gələ bilər. Buna görə də qapıları rəngləyərək ya da cilalatdıraraq yeni görsənmələrini təmin edə bilərsiniz.

Nizamlana bilən termostat quraşdırın!

Büdcənizin çox hissəsinin istiliyə getdiyini bilirsinizmi? Nizamlana bilən bir termostat quraşdıraraq evin potensial alıcılarına bunun faydasını deyə bilərsiniz. Məsələn, bu termostatla evin istilik dərəcəsini mühitə görə ayarlayaraq qənaət edə biləcəklərini deyə bilərsiniz. Müştərilər isitmə xərcləri az olan evi seçmələri çox böyük ehtimaldır!

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *