Torpaq investisiyasının 5 mühüm üstünlüyü

Mənzilə investisiya edənlər son illərdə gözlədikləri qazancı ümumiyyətlə əldə edə bilmədilər. Faizlərin yüksəldiyi son günlərdə kira gəliri faiz gəlirindən çox aşağıda qalırdı. Faizlərin aşağı olduğu vaxtlarda kirayə gəlirləri ilə mənzilə ya da ofisə yatırım edən əmlakçılar bu gəliri qeyri-kafi hesab edirdilər. İnvestesiya məqsədi ilə mənzil və obyekt alıb gözlədikləri qiymət artımını görə bilməyən investorlar son illərdə bu vəziyyətə məyus oldular. Bu faktların təsiri ilə uzunmüddətli qazandıran torpaq sərmayəsi kiçik investorların da gündəmində oldu.

  1. Torpaq investisiyasının gəlir dərəcəsi çox yüksəkdir
    Əgər uzun müddətli investisiya edirsinizsə, torpaq investisiyası qədər yüksək qazanc potensialı olan başqa bir investisiya yoxdur. Əlbəttə investisiyanı harada etdiyiniz çox vacibdir.
    Yenidənqurma potensialı yüksək olan bölgələrə investisiya qoyulduğunda bu qazanc potensialını başqa bir investisiyalarda görmək mümkün deyil.
  2. Torpağa investisiya qoyulduqda kirayəçi ilə məşğul olmursunuz
    İnvestisiya məqsədi ilə mənzil ya da ofis alanlar kirayəçilərini seçərkən diqqətli olmasalar çətinlik çəkərlər. Kirayələrini vaxtında ala bilməyənlər həm əsəb yaşayır, həm də vəkil xərcləri ilə qarşılaşırlar. Torpağı müxtəlif məqsədlər üçün kirayə verib verməmək mülk sahibinin seçimidir. Ancaq kirayə verilməsə belə, düzgün yerdə alınmış torpaq vaxtı gələndə yüksək gəlir gətirəcəkdir.
  3. Heç bir kommunal və baxım xərciniz yoxdur
    İnvestisiya məqsədi ilə mənzil ya da ofis alanlar kirayəçi tapa bilmədikləri zaman rüsumları öz ciblərindən ödüyürlər. Binanın ümumi istifadə yerlərindəki təmir və yeniləmə xərcləri də mülk sahibi tərəfindən ödənilir. Torpağa sərmayə qoyanlar bu cür xərclərlə qarşılaşmırlar.
  4. Yeniləməyə ehtiyac yoxdur
    Mənzillər və ofislər müəyyən vaxt keçdikdən sonra köhnəlir. Kirayəçilərdən əvvəlcədən alınan depozit boya xərcini qarşılasa da bir neçə kirayəçi dəyişdikdə mətbəx, vanna otağı və parketlər köhnələ bilir. Köhnəlmə payı isə çox vaxt kiryəçilərə əks etdirilmir. Yeni gələn kirayəçilər mənzilin ümumi vəziyyətini bəyənmədikdə mətbəxi tamamilə yeniləyib, parketləri dəyişdirməklə investorların müəyyən xərcləri çıxa bilər.
  5. Daşınmaz əmlak vergisini ödəmirsiniz
    Qanuna əsasən Daşınmaz Əmlaka görə ödnənilən vergi ilə müqaisədə çox cuzi miqdarda torpaq vergisi ödənilir. Nəticə olaraq doğru bir bölgədə torpağa yatırım edənlərin başı rahat olur, xərcləri və dərdləri olmur. Vaxtı çatanda torpaq dəyərləndikdə, torpağı sataraq qazancı cibinə qoyur. Yetər ki doğru yerdə doğru zamanda alqı-satqı həyata keçirilsin.

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *